BEY.AZ informasiya agentliyi xəbər verir
“Русское радио Вологда” radiosunun aparıcısı Anna Azovskaya qətlə yetirilib.
Metbuat.az rus mediasına istinadən xəbər verir ki, onun cəsədi Moskvadakı mənzilində tapılıb. Belə ki, meyitin üzərində 30-dan çox bıçaq xəsarətləri olub.
Araşdırmalardan sonra şübhəli bilinən Annanın sevgilisi Vladimir Maklakov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq Komitəsinin saytında dərc olunan məlumata görə, 33 yaşlı kişiyə qarşı cinayət işi başlanıb: “Həmçinin istintaqın məlumatına görə, 2023-cü il yanvarın 3-də Moskvanın Polina Osipenko küçəsində yerləşən yaşayış binasının mənzilində 1988-ci il təvəllüdlü qadının meyiti tapılıb. Müayinə zamanı onun üzərində ən azı 30 bıçaq xəsarəti aşkar edilib”, – deyə rəsmi məlumatda qeyd olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiyalı #aparıcını #sevgilisi #bıçaq #zərbəsi #ilə #öldürdü