fbpx

“Sonra bildik ki, məşqçi bu işlərlə məşğul imiş”

"Sonra bildik ki, məşqçi bu işlərlə məşğul imiş"
like 5

BEY.AZ informasiya agentliyi xəbər verir


“Uşaq yıxılsa, bir tərəfi göyərərdi. Onun bütün bədəni gömgöy olub”.

Metbuat.az xəbər verir ki, bu sözləri Baku TV-yə aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası deyib.

O bildirib ki, oğluna məşq zamanı şiddət göstərən və ölümünə səbəb olan Mehman Xəlilov ən ağır cəza almalıdır:

“O adam həbsxanada çürüməlidir”.

Mərhum azyaşlının xalası isə Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib:

“Onun qanında narkotik tapıblar. Bunu hamı bilirmiş. Həmin məşqçi başqa uşaqlara da işgəncə verirmiş”.

Həmçinin qeyd edilib ki, anası hələ Fəridin döyüldüyü videonu görməyib.

Ətraflı videomaterialı təqdim edirik:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sonra #bildik #məşqçi #işlərlə #məşğul #imiş

Ana Sayfa