Site icon BEY.AZ

Türkiyə qərarını verdi – Səsvermə başa çatdı

Türkiyə qərarını verdi - Səsvermə başa çatdı

BEY.AZ informasiya agentliyi xəbər verir



Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.

Metbuat.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da səsvermə yekunlaşıb.

Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır – “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyə #qərarını #verdi #Səsvermə #başa #çatdı

Exit mobile version