Site icon BEY.AZ

Maştağada azyaşlıların düşdüyü quyu SOCAR-a məxsusdur?

Maştağada azyaşlıların düşdüyü quyu SOCAR-a məxsusdur?

BEY.AZ informasiya agentliyi xəbər verir



Xəbər verdiyimiz kimi, ötən gecə Maştağa qəsəbəsinin Xanlar massivində iki azyaşlı uşaq, 10 yaşlı Ağa Rəhimov və Hüseyn Qasımov dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşərək ölüblər.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə iddia edilir ki, həmin quyu SOCAR tərəfindən qazılıb. Qeyd edilir ki, həmin ərazidə bu formada quyular var, nəzarətsiz qalıblar və üstləri açıqdır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən SOCAR-dan bildirilib ki, yayılan iddialar doğru deyil: “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir Xanlar yaşayış massivində baş vermiş bədbəxt hadisə ilə bağlı sorğunuza cavab olaraq bildiririk ki, həmin ərazi və ərazidə yerləşən quyular Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında deyil. Dünyasını dəyişən azyaşlıların valideynlərinə dərin hüznlə başsağlığı veririk”, – deyə məlumatda qeyd edilib.

Gülər Seymurqızı

BEY.AZ

Maştağada uşaqlar bu quyuya düşüb -

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Maştağada #azyaşlıların #düşdüyü #quyu #SOCARa #məxsusdur

Exit mobile version