BEY.AZ informasiya agentliyi xəbər verir
Elektrik qurğularının texniki istismar qaydaları hazırlanacaq.
Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Energetika Nazirliyi aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
– elektrik qurğularının quraşdırılması qaydalarını;
– elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;
– elektrik qurğularının texniki istismar qaydalarını;
– elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələbləri.
Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elektrik #qurğularının #texniki #istismar #qaydaları #hazırlanacaq