Site icon BEY.AZ

Sosial və işsizlikdən sığorta daxilolmaları artıb

Sosial və işsizlikdən sığorta daxilolmaları artıb

BEY.AZ informasiya agentliyi xəbər verir



Bu ilin I yarısında Naxçıvan MR-da məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 72,4 milyon manat təşkil edib.

Metbuat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.

6 aylıq daxilolmaların 19,9 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 17,4 % çoxdur.

Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 1,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Exit mobile version