Site icon BEY.AZ

Azərbaycanın Qazaxıstana ixracı 3 dəfəyə yaxın artıb

Azərbaycanın Qazaxıstana ixracı 3 dəfəyə yaxın artıb

BEY.AZ informasiya agentliyi xəbər verir



2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Qazaxıstana ixracı 60 milyon 180 min dollar təşkil edib.

Metbuat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu göstərici ötən ilin ilk 6 ayı ilə müqayisədə 2.6 dəfə və ya 36 milyon 956 min dollar çoxdur. 2022-ci ilin müvafiq dövründə Azərbaycandan Qazaxıstana 23 milyon 224 min dollar dəyərində məhsul ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə Qazaxıstandan Azərbaycana idxal edilən məhsulun dəyəri illik müqayisədə 48% azalaraq 157 milyon 970 min dollara bərabər olub.

Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qazaxıstanla ticarətin payı 0.83% təşkil edib



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Exit mobile version