Site icon BEY.AZ

Türkiyə Ali Hərbi Şuranın iclası keçirildi

Türkiyə Ali Hərbi Şuranın iclası keçirildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclas 3 saat davam edib. Məlumata görə, iclasda vitse-prezident, nazirlər və hərbi rəsmilər iştirak edib. Bildirilir ki, iclasda bir sıra məsələlər həmçinin yeni qərargah rəisinin kim olacağı müzakirə edilib. Yeni qərargah rəsinin adı hələlik elan edilməsə də yerli media 3 şəxsin namizədliyini qeyd edir.

Baş qərargah rəisi ola biləcək şəxslər arasında 2-ci Ordu Komandanı General Metin Gürak, 1-ci Ordu Komandanı General Əli Sivri və 2-ci Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun adları qeyd edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyə #Ali #Hərbi #Şuranın #iclası #keçirildi

Exit mobile version