Site icon BEY.AZ

Lavrov Ermənistana ABŞ-la bağlı tövsiyə verdi

Lavrov Ermənistana ABŞ-la bağlı tövsiyə verdi
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyinə ABŞ-yə arxalanan ölkələrin acı taleyini xatırlamağı tövsiyə edib.

Metbuat.az xəbər verir ki, o,“Ermənistanın Rusiyanı itirməsi mümkündürmü?” sualına cavab verərkən qeyd edib ki, İrəvanda bir neçə aparıcı siyasətçi oxşar ssenarini arzulayır və Qərbə baxır.

“Bilirsiniz, orada Rusiyanı itirmək və yeni dostlar qazanmaq istəyən çoxlu insan var”, – deyə nazir TASS-a müsahibəsində bildirib.

“Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından göründüyü kimi, əgər onlar Birləşmiş Ştatlara arxalanırlarsa, onda bəlkə də yaxın tarixə, ABŞ sahillərindən uzaqda, dünyanın müxtəlif bölgələrində Vaşinqtonun geosiyasi maraqlarını təbliğ edən və bu ölkənin öz himayəsinə götürmək istədiyi şəxslərə necə münasibət göstərdiyinə nəzər salmaq yaxşı olardı. Həmin şəxslərin taleyi heç də ürəkaçan deyil”, – Lavrov bəyan edib.

O, vurğulayıb ki, istənilən halda geosiyasi baxımdan Rusiyanın Cənubi Qafqazdakı maraqlarına tamamilə məhəl qoymamaq mümkün deyil.

“Amma İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyirlər və bu barədə birbaşa danışırlar”, – Rusiya diplomatiyasının rəhbəri vurğulayıb.

Lavrov xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın “öz təhlükəsizliyinin təmin edilməsi baxımından Ermənistanın ümid etdiyi uğursuz müttəfiqlikləri kompensasiya etmək zərurəti və bu təhlükəsizliyi təmin edəcək tərəfdaşlar dairəsini genişləndirməyi” bəyan edən son çıxışında da belə ümidlərin təzahürünə diqqət çəkib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Lavrov #Ermənistana #ABŞla #bağlı #tövsiyə #verdi
Exit mobile version