Site icon BEY.AZ

Bu ilin ötən dövründə Hərbi Prokurorluq orqanlarının işi səmərəli olub

Bu ilin ötən dövründə Hərbi Prokurorluq orqanlarının işi səmərəli olub
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Ötən illərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışmışlar. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99%-i açılmışdır”.

Metbuat.az bildirir ki, bu sözləri Hərbi Prokuror Xanlar Vəliyev bu gün “Respublika” qəzetində dərc edilmiş “Hərbi Prokurorluq ədalətin keşiyində” sərlövhəli məqaləsində qeyd etmişdir:

“Qeyd etmək lazımdır ki, açılan işlərin sırasında 30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti də olmuşdur. Belə ki, əsgər P.H.İsgəndərovun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan atılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanılmış və sonradan icraatı dayandırılmış cinayət işi üzrə icraat təzələnərək, istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinə həvalə olunmuş və həmin idarədə məharətlə aparılan istintaq zamanı əsgər P.H.İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər H.H.İsaxanov tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olduğundan, sonuncu cinayət məsuliyyətinə cəlb edlərək, onun məhkəmə qarşısına çıxarılması təmin edilmiş və barəsində ittiham hökmü çıxarılmışdır”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #ilin #ötən #dövründə #Hərbi #Prokurorluq #orqanlarının #işi #səmərəli #olub
Exit mobile version