Site icon BEY.AZ

Ceyhun Bayramov Şuşada ikitərəfli görüşlər keçirəcək

Ceyhun Bayramov Şuşada ikitərəfli görüşlər keçirəcək
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Xarici işlər naziri Ceyhun Bayramov Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.

Tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ceyhun #Bayramov #Şuşada #ikitərəfli #görüşlər #keçirəcək
Exit mobile version