Site icon BEY.AZ

Qab yuyub, küçələrdə yatırdım, özümə dedim ki…

Qab yuyub, küçələrdə yatırdım, özümə dedim ki...
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“ABŞ-yə cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım”.

BEY.AZ xəbər verir ki, bunu Baku TV-nin “Qapqara” verilişində Xalq artisti Miri Yusif deyib.

O, ABŞ-də keçirdiyi vaxtları həyatının ən çətin dövrü adlandırıb:

“Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm. Orada cibimdə pul-para olmadan bəzən çöllərdə, skamyalarda yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim”.

Xalq artisti hər dəfə səhnəyə çıxanda skamyada gecələdiyi həmin anların gözlərinin önündə canlandığını deyib:

“Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Skamyada uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram və uduzmadım, əksinə, qazandım”.

Daha ətraflı videomüsahibədə:

MİRİ YUSİF KİMDƏN ÜZR İSTƏDİ ?  - HOST-A İSMARIŞ | QAPQARA

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qab #yuyub #küçələrdə #yatırdım #özümə #dedim #ki..
Exit mobile version