fbpx

ABŞ Panama kanalı üçün güc tətbiq edə bilər


ABŞ-nin seçilmiş prezidenti Donald Tramp lazım gələrsə Panama kanalı və Qrenlandiyaya nəzarət etmək üçün əsgərlərdən istifadə edə biləcəyinə eyham edib.

BEY.AZ xəbər verir ki, Tramp Floridadakı Mar-a-Laqo şəhərciyində keçirdiyi mətbuat konfransında müzakirələrə səbəb olan Panama kanalı ilə bağlı fikirlərini bir daha gündəmə gətirib. O bildirib ki, Panama kanalı və Qrenlandiyaya nəzarət etmək ABŞ-nin iqtisadi təhlükəsizliyi üçün vacibdir. Panama kanalı və Qrenlandiyaya nəzarət etmək üçün əsgərlərdən istifadə edib-etməyəcəyinə dair suala Tramp, “Xeyr, bu ikisi ilə bağlı əsgərlərdən etməyəcəyimə dair sizə zəmanət verə bilmərəm. Bəlkə də nəsə etməli ola bilərik. Onlar bizim iqtisadi təhlükəsizliyimiz üçün lazımdır” – deyə cavab verib.

Panama kanalının ABŞ ordusu üçün tikildiyini, lakin bu kanalın Çinin nəzarəti altında olduğunu irəli sürən Tramp, Panama kanalının ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini ifadə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa