fbpx

ABŞ Suriyaya sanksiyaları ləğv etməyib


ABŞ Bəşər Əsədin devrilməsindən sonra keçid hökumətinə humanitar yardımın daxil olmasını asanlaşdırmaq Suriyaya qarşı tətbiq etdiyi bəzi məhdudiyyətləri yüngülləşdirib.

BEY.AZ xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi qərar qəbul edib. Məlumata görə, bu, Suriya ilə bağlı sanksiyaların ləğv edilməsi deyil. Bildirilir ki, bu, keçid hökumətinə dəstəyin məhdud göstəricisi hesab olunur. Vaşinqtonun bəyanatında deyilir ki, ABŞ bu addımı ilə əsas humanitar ehtiyacların ödənilməsi və ictimai xidmətlərin təmin edilməsi öhdəliyini yerinə yetirib.

Qeyd edək ki, ABŞ-nin Yaxın Şərq üzrə yüksək səviyyəli diplomatı, dövlət katibinin müavini Barbara Leaf Dəməşqə səfər edib. O, Dəməşqdə “Həyat Təhrir əl-Şam”ın lideri Əhməd Hüseyn əl-Şara ilə bir araya gəlib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa