Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb.
BEY.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, tərəflər arasında notarius qaydasında barışıq əldə olunub.
Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.
Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.
Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.
Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.