Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin yüzərinə düşüb.
Bu barədə BEY.AZ-a Bakı Metropoliteni QSC-dən bildirilib.
İlkin məlumata əsasən, sərnişin hadisə nəticəsində ağır xəsarət alıb.
Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım xidməti çağırılıb.
Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Araşdırma aparılır, ətraflı məlumat təqdim ediləcək.
Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.