Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar.
BEY.AZ xəbər verir ki, artıq tapılan 10000 manat vəsait sahibinə qaytarılıb
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib: “10000 manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb”.
“Həmin pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub. Jurnalist həmkarlarıma təşəkkür edirəm” – deyə o paylaşımında qeyd edib.
***
21:01
Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar.
BEY.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.
“Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər” – qurum rəsmisi paylaşımında bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.