Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın “Qrenlandiya ABŞ-ın nəzarəti altında olmalıdır” açıqlamasına cavab verib.
BEY.AZ xəbər verir ki, o, Qrenlandiyanın qrenlandiyalılara məxsus olduğunu ifadə edib. Frederiksen Qrenlandiyanın Baş naziri Mute Bourup Egedenin “Biz satılmamışıq və heç vaxt da olmayacağıq” sözlərini xatırladaraq, bu məsələdə mövqelərinin qəti olduğunu bəyan edib. Mette Frederiksen Qrenlandiyaya marağın artmasından məmnun olduğunu deyib.
Qeyd edək ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp “Truth” sosial media hesabında oğlu Trampın Qrenlandiyaya səfəri ilə bağlı paylaşım edib. Tramp, “Onların və azad dünyanın təhlükəsizliyə, gücə və sülhə ehtiyacı var! Bu, edilməsi lazım olan bir razılaşmadır” – deyə qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.