Prezident Ərdoğan mənim dostum və hörmət etdiyim insandır. Düşünürəm ki, o da mənə hörmət edir.
BEY.AZ xəbər verir ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp belə açıqlama verib. Tramp Floridadakı Mar-a-Laqo şəhərciyində keçirdiyi mətbuat konfransında xarici gündəmlə bağlı danışıb. Suriya ilə bağlı məsələlərdə Türkiyənin əhəmiyyətinə diqqət çəkən Tramp, Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərinin olduğunu ifadə edib. Tramp Suriyada yerləşdirilən 2 min amerika əsgərini geri çəkib-çəkməyəcəyi ilə bağlı suala, “Bunu sizə deməyəcəyəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir. Ancaq bunun Türkiyə ilə bağlı bir vəziyyət olduğunu deyə bilərəm” – deyə cavab verib.
Tramp bildirib ki, o əvvəlki prezidentliyi dövründə müharibələrdən yayınmağa müvəffəq olub və sabitlik üçün çalışıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.