fbpx

Fransada təlim keçən ukraynalı əsgərlər ordudan qaçdı


Fransa Müdafiə Nazirliyi Fransada təlim keçmiş bəzi ukraynalı əsgərlərin cəbhəyə getmədiyi barədə iddialara münasibət bildirib.

BEY.AZ xəbər verir ki, nazirlik onlarla əsgərin fərarilik etdiyini açıqlayıb. Nazirlik rəsmisi qeyd edib ki, Fransada təlim keçmələrinə baxmayaraq, bu əsgərlər Ukrayna ordusunun tabeliyində olublar və Fransada fərarilik hallarına görə cəza almayıblar. Bildirilib ki, fərari əsgərlərin sayı ölkədə təlim keçən Ukrayna əsgərlərinin sayı ilə müqayisədə olduqca azdır. Ukrayna Quru Qoşunlarının komandanı Mixailo Drapatı bəzilərinin Fransada təlim keçmiş əsgərlərdən ibarət Ukrayna briqadasında problemlərin olduğunu və bu problemlərin həll olunduğunu açıqlayıb.

Qeyd edək ki, Fransada 2300 Ukrayna əsgərinin təlim keçdiyi açıqlanmışdı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa