Livan İsraillə atəşkəs çərçivəsində Nakuraya qoşun yeridib.
BEY.AZ xəbər verir ki, bundan əvvəl İsrail və Hizbullah Livanın cənubundan çəkilməyə razılaşıblar. Bölgədəki boşluğu Livan ordusu dolduracaq. Məlumata görə, BMT və Livan ordusu regionun təhlükəsizliyini təmin edəcək. Bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti İşçi Qrupuna aid hərbi maşınlar da Nakuraya yerləşib. Ordu bildirib ki, qoşunlar bölgəyə yerləşdikdən sonra ekspert qrupları sahədə mina təmizləmə işləri aparacaq.
ABŞ prezidenti Co Baydenin Yaxın Şərq üzrə müşaviri olan Hoşstein, İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilərkən verdiyi vədlərə və plana əməl etdiyini bildirib. O, tərəflərin atəşkəs sazişinə əməl etdiyini və Livan ordusunun vəzifəsini yerinə yetirdiyini ifadə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.