Dünən axşam saatlarında metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişin 18 yaşlı oğlan olub.
BEY.AZ xəbər verir ki, TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü oğlan Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
“Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.