Gürcüstanda matəm elan olunub.
BEY.AZ xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze qərar imzalayıb. Qərara əsasən yanvarın 9-u ölkədə matəm günü elan olunub. Matəm günü ölkədə bayraqlar endiriləcək və bir sıra tədbirlər təxirə salınacaq. Bildirilir ki, ölkədə matəm gününün elan edilməsi Qal rayonunun Saberio kəndində baş verən yanğınla bağlıdır. Yanğın nəticəsində 5 uşaq faciəli şəkildə həyatını itirib.
Yerli mənbələrin məlumatına görə, yanğına odla ehtiyatsız davranış səbəb olub. Yanğın taxta evi külə döndərib. Hökumət vətəndaşları həmrəy olmağa və ehtiyacı olan ailələrə dəstək olmağa çağırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.