fbpx

Rusiyada fövqəladə vəziyyət elan edildi


Ukraynanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan Rusiyanın Saratov vilayətinin Engels şəhərində fövqəladə vəziyyət elan edilib.

BEY.AZ xəbər verir ki, bu barədə Saratov qubernatoru Roman Busargin açıqlama verib. O, Ukraynanın Saratova hücumu ilə bağlı açıqlamasında Engelsdə sənaye bölgəsində baş verən yanğının davam etdiyini bildirib. Busargin bölgədə fövqəladə vəziyyət elan edilməsinə qərar verildiyini açıqlayıb. Rusiya mətbuatının məlumatına görə, hücum zamanı bölgəyə zərər dəyib. Yanğının söndürülməsi üçün işlər davam edir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın ölkə ərazisinə hücum etdiyini açıqlayıb. Hücumlarda 32 Ukrayna PUA-sının məhv edildiyi bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa