fbpx

​Təbriz İranın yeni paytaxtı ola bilər?


İran hökumətinin sözçüsü Fatimə Mühacirani ölkənin yeni paytaxtının hara olacağını açıqlayıb. Onun sözlərinə görə, yeni paytaxt cənubda, Məkran bölgəsində nəzərdə tutulub.

Bəs İranın yeni paytaxtı hansı şəhərlər ola bilər?

Bu barədə politoloq Əlimusa İbrahimov BEY.AZ-a açıqlamasında bildirib ki, mövcud olan şəhərin heç birində paytaxt üçün tələb olunan şərait olmayacaq, buna görə də yeni infrastruktur qurulmalıdır:

“Bu gün müxtəlif ölkələrdə bu barədə məsələlər qaldırılır və yeni paytaxtlar salınır. Belə olan halda heç də köhnə bir şəhərin əsasında deyil, yeni sahədə yaradılır. Düşünürəm ki, onlar hər hansı bir şəhərdə deyil, sadəcə cənub regionunda hər hansı bir sahədə paytaxt salacaqlar. Bu səhrada da ola bilər, çöllük də, kənd də ola bilər, ancaq şəhər tipli olmayacaq. Ona görə ki, şəhərin mövcud infrastrukturunu ləğv etməklə yeni şəhər salmaq bir qədər çətindir. Odur ki, onlar üçün paytaxtın sıfırdan başlaması daha məqsədəuyğun olacaq”.

403914787-0-119-2352-1448-600x0-80-0-0-7df2bf5bc441c55a9467d88348df7aa6

Politoloq Təbrizin paytaxt seçilmə ehtimalını da dəyərləndirib:

“Təbrizi heç paytaxt keçirə bilməzlər. Ona görə ki, Təbriz azərbaycanlıların yaşadığı yerdir. O cümlədən kürdlərin və ərəblərin yaşadığı yerlər də var. Baxmayaraq ki, kürdlərin, ərəblərin və digər millətlərin yaşadığı yerlər infrastruktura görə Təbrizə gəlib çata bilməz. Sadəcə buranı azlığa, yaxud digər millətin yaşadığı ərazi olduğuna görə paytaxt seçə bilməzlər. Təbrizin seçilməsi İranda farsların, farsdilli əhalinin ciddi narazılığına səbəb ola bilər. Eyni zamanda axı Təbriz seçilərsə, bura əlavə maliyyə vəsaiti qoyulmalıdır, Təbriz inkişaf etdirməlidir. Amma indiki İran dövləti bunu istəyirmi? Digər tərəfdən, Təbriz Azərbaycanla daha yaxındır. Mənə elə gəlir ki, bu, azərbaycanlı-türk ruhun inkişaf etməsinə səbəb olar ki, bunu da İranın indiki rejimi heç vaxt istəməz”.

Sevinc İbrahimzadə / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa