Yağış suyunun dəri və saçlara faydası
Yağış suyu, tərkibindəki zəngin minerallar sayəsində saçları qidalandıraraq yumşaq olmasını təmin edir. Eyni zamanda saçlara parlıq verərək canlı görünməsinə səbəb olur.
– Yağış suyunu digər sulardan fərqləndirən xüsusiyyəti xlor, ağır metallar və kimyəvi tərkibli olmamasıdır. Bir çox mütəxəssis tərəfindən aparılan araşdırmalarda aprel ayında yağan yağış suyunun saçları qidalandıraraq, sürətli uzanmasına kömək etdiyi ortaya çıxmışdır. Ancaq yağış suyu yer üzündə suların buxarlanaraq yenidən qayıtdığı üçün vanna şəklində qəbul etmək zərərli ola bilər.
Həddi aşmadan sadəcə lazimi miqdar yağışın saçlarına toxunmasına icazə verməlisiniz.
Yağış suyu dəriyə də faydalıdır:
– Yağış suyu dəridəki məsamələri açaraq, nəmli və parlaq hala gəlməsinə kömək edir. Eyni zamanda dərini təmizləyən yağış suyu, qara nöqtələri də təmizləyir.
– Əlinizlə yağış suyunu üzünüzə masaj edərək maska effekti yarada bilərsiniz.