fbpx

Dırnaq yeməyin səbəbləri və tərgitməyin üsulları

Niyə dırnaq yeyirik? Vərdişdir, yoxsa psixolojidir? Dırnaq yeməyə başlayanda onu tərgitmək çətindir. Dırnaq yeyən insanların digərlərlərindən fərqi nədir? İradələri daha zəifdir? Daha çox əsəbidirlər? Yoxsa daha acdırlar? Bunun psixoloji bir açıqlaması varmı?Psixiatrlar dırnaq yemək vərdişini impuls nəzarəti pozğunluqları arasında təsnif edirlər, ancaq bu, saç çəkmək, ya da dəri qaşımaq kimi psixi yardım tələb edən aktlara aiddir. Dırnaq yeyənlərin çoxu hər hansı bir ciddi təsir olmasa bu vərdişi davam etdirirlər.
Psixoanalistik açıqlamalar psixoterapevtlərin dırnaq yemə vərdişi ilə bağlı teoriyaları var əlbəttə. Məsələn, psixoanalizin yaradıcı Ziqmund Freyd ağız mərhələsində psixoseksual inkişaf pozğunluğuyla əlaqələndirirdi. Freydin digər nəzəriyyələrində olduğu kimi ağız bağlı olan vərdişlərin bir çox səbəbi var: Az qidalanmaq, çox qidalanmaq, uzun müddətli ana südü vermək, ana ilə problemli münasibətlər və s. Əlbəttə, bunların bəlli simptomları vardır: dırnaq yemək, ələ salan xarakter, siqaret çəkmək, alkoqolizm və başqaları.Bəzi terapevtlər dırnaq yeməyin insanın özünə düşmən olmasıyla və ya nevroloji narahatlıqla əlaqəli olduğunu iddia edir. Bütün psixodinamik nəzəriyyələr kimi bu təxminlər də doğru ola bilər. İnsanlarda dırnaq yemə alışqanlığının hansısa sıxıntının əlaməti olduğunu söyləyən psixiatorlar özünə güvənin olmaması və keçmişdə alçaldılmaya məruz qalma kimi səbəblərin bu vərdişə gətirib çıxardığını bildirib. Mütəxəssislər dırnaq yeməyin kiçik bir sıxıntıdan, psixoz xəstəliyinə qədər bir çox xəstəliyin əlaməti ola biləcəyini söyləyir. Qardaşını qısqanmaq və yalnızlıq hissi bu problemin ən önəmli başlanğıc nöqtəsi ola bilər.
Bu açıqlamalar həmin vərdişlərdən azad olmaq üçün bir üsul təklif etmir. Təəssüf ki, bu mövzuda yazılan elmi araşdırma yoxdur. Bir hesabatda göstərilir ki, insanlar xilas olmaq üçün özləri bunun zərərinin fərqində olmalıdırlar.Dırnaq yemək vərdişinizi unutmaq üçün davamlı olaraq özünüzü əyləndirəcək bir şey tapın. Məsələn, sadə bir stress topu işinizə yarayacaq. Ya da əl işləri hazırlamaq, şəkil çəkmək kimi məşğuliyyətlər sizi məşğul edəcək.
Dırnaqlarınızı niyə hansı səbəblərdən yediyinizi araşdırın. Ümumiyyətlə stress, çətinlik, qorxu ya da narahatlıq bu vərdişin yaranmasına səbəb ola bilər, ancaq 1 gündə də bu vərdişi əldə etmək mümkündür. Əgər nə vaxt və hansı şərtlərdə dırnaq yeməyə başladığınızı müəyyənləşdirsəniz, deməli, bununla əlaqədar olan yolları da tapacaqsınız.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin