fbpx

Kök və kartof şirəsinin faydaları

Rüya Yorumları burda

Bizlər xəstələndiyimiz zaman çalışmalıyıq ki, yediyimiz yeməklərlə, içdiyimiz içkilərlə müalicə tapaq, əgər bunlar effekt verməsə, sonra dərman bitkilərindən və ondan sonra dərmanlardan istifadə edək. Yazdığım bu 2 şirənin qarışığı mənim öz xəstələrimə çox vaxt təyin etdiyim və nəticələrini gördüyüm bir qarışımdır. Hər iki bitki ayrı-ayrılıqda faydalıdır, əgər bizlər kök şirəsini rahatca içə biliriksə kartof şirəsini rahat içə bilmirik və beləcə kartof şirəsindən faydalanmırıq. Dəfələrlə mədə bağırsaq, miomaların müalicəsində kartof şirəsi təyin etsəmdə, çox insanlarımız kartof şirəsindən istifadə etməmiş, amma bu qarışım rahat içilir, həm kökün, həm də kartofun faydalarını görmüş oluruq. Faydaları isə bitməz və tükənməzdir.

Qarışım belə içilməlidir: 200 qramlıq stəkana yarısı kök, yarısı kartof şirəsi olmaqla qarışdırılır, yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Qarışım gündə 3 dəfə içilməlidir, tərəvəzlər yerli tərəvəzlər olmalıdır. Müalicə müddəti xəstəlikdən asılı olaraq 1-2 aydır.

Faydaları haqqında məlumat:

  • Bədəni qələviləşdirmək üçün əla bir vasitədir.
  • Podaqra, urat duzları (qanda sidik turşusunu çoxalması) xəstəliyi üçün faydalıdır.
  • Qarışımın tərkibində zəngin beta karotin (A vitamini əsası) beyin qidalanması, yaddaşsızlıq, skleroz əleyhinə təsiri vardır.
  • Göz zəifliyi olanlar üçün mükəmməldir.
  • Qarışımın 2 ay içilməsi dərini cavanlaşdırı və parlaq edir.
  • Qəbizlik əleyhinə təsiri vardır.
  • Babasil əleyhinə təsiri vardır.
  • Sümük əriməsi (osteoporoz) üçün faydalıdır.
  • Saç tökülməsi əleyhinə mükəmməl təsiri vardır.
  • Qaraciyərin bütün xəstəliklərində içilməsi çox faydalıdır.
  • Vitaminsizlik və mineralsızlıqdan əziyyət çəkənlər üçün faydalıdır.
  • Xərçəng xəstəliyində bir antioksidant olaraq mükəmməldir. Xərçəngdən qorunmaq üçündə çox faydalıdır.
  • Qastrit, Ezofaqit, (qida borusu iltihabı), kolit (bağısaq yaraları, iltihabı), qıcqırma, gəyirmə, turşuma əleyhinə mükəmməl bi təsiri vardır.
  • Zob düyünlərini əridir.
  • Mastopatiya, Miomalar və kistalar əleyhinə əla bir təsiri vardır.
  • Revmatoidli polartrit üçün faydalıdır.
  • Qaraciyər piylənməsindən əmələ gələn köpmələr zamanı faydalıdır.
  • Ağız aclığında (öd qatılığında öd durğunluğunda) faydalıdır.
  • Xolesterin yüksəkliyində içilməsi faydalıdır.
  • Şirədən hamilə xanımlar, süd verən analar və kiçik yaşlı körpələr içə bilərlər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu