fbpx

Savatçılarımız 10 medal qazandılar | IDOL.AZ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının idmançıları ölkəmizi daha bir beynəlxalq turnirdə uğurla təmsil ediblər. Gürcüstanın paytaxtı Tbilisidə Savat – Fransız boksu döyüş növünün Asso versiyası üzrə yeniyetmələr və gənclər arasında keçirilən mötəbər yarışda Azərbaycan idmançıları 10 dəfə fəxri kürsüyə qalxıblar.

Onlardan 8-i zirvədə dayanıb. Əziz Əzizli (46 kq), Elvin Qurbanov (48 kq), Ömər Rəhimov (50 kq), Həsən Həsənzadə (53 kq), Tural Baloğlanov (60 kq), Ümid Ağayev (yeniyetmə, 63 kq), Kamil Balaşov (yeniyetmə, 70 kq) və Seymur Yusifov (70 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Orxan Rzalı (yeniyetmə, 46 kq) və Nəriman Vəliyev (63 kq) isə yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib.

Yarışda Azərbaycanla yanaşı Gürcüstan, İran, Ermənistan və Qazaxıstan idmançıları da iştirak ediblər. İdmançılarımız gənclərdən ibarət yığma komandanın baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında yarışıblar.

Rüya tabirlerini burdan oku

Google News Abone ol


Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu