Finlandiya və İsveç NATO-nun Baltik dənizindəki təlimlərinə qoşulacaq
Rusiyanın Ukraynanı işğal etdiyi bir vaxtda NATO Baltik dənizi regionunda ən böyük hərbi təlimlərdən biri olan “Baltops 22”nin iyun ayında başlayacağını açıqlamışdı.
Hər il keçirilən təlim Ukrayna müharibəsi səbəbindən xüsusi əhəmiyyət kəsb edir.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi ‘Baltops 22’ ilə bağlı verdiyi açıqlamada, Almaniya və Türkiyə kimi 14 NATO ölkəsindən əlavə, İsveç və Finlandiya da dəniz manevrinə qatılacağını bildirib.
Mətbuat katibi onu da bildirib ki, 5-17 iyun tarixlərində keçiriləcək təlimə NATO-ya üzvlük üçün müraciət etmiş İsveç ev sahibliyi edəcək.
1972-ci ildən Baltik dənizi bölgəsində keçirilən “Baltops 22” 45 döyüş gəmisi, 75 təyyarə və təxminən 7 min əsgəri qəbul edəcək. Kirbi bildirib ki, manevrlər Baltik dənizində təhlükəsizliyə “kritik əhəmiyyət kəsb edən birgə cavab tədbirlərini gücləndirmək üçün unikal təlim fürsəti təqdim edir”.
Təlimdə amfibiya əməliyyatları, sualtı qayıqlara qarşı mübarizə, hava hücumundan müdafiə, minalardan təmizləmə, partlayıcı sursatların zərərsizləşdirilməsi, dalğıc və xilasetmə əməliyyatları həyata keçiriləcək.
Manevrlər həmçinin Baltik dənizi regionunda naviqasiya azadlığının və təhlükəsizliyin qorunması üçün vacib olan birləşmiş cavab qabiliyyətini gücləndirmək üçün “unikal təlim fürsəti” kimi qiymətləndirilir.
Manevrlərdə Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ-ın hərbçiləri iştirak edəcək.
NATO mart və aprel aylarında Norveçdə təxminən 30.000 əsgər, yüzlərlə təyyarə və gəminin iştirakı ilə “Soyuq cavab 2022” adlı hərbi təlim keçirib.
Hərbi manevrlərdə Avropa və Şimali Amerikadan NATO müttəfiqləri, İsveç və Finlandiyadan olan əsgərlər iştirak edir.
NATO təliminin Rusiyanın Ukraynaya hücumundan çox əvvəl planlaşdırılan müntəzəm hərbi fəaliyyətlər olduğu bildirilir.
NATO-nun sözçüsü Oana Lunqesku deyib: “Təlimlər Müttəfiqlərin ərazisinin hər kvadrat santimetrini qorumaq və müdafiə etmək əzmimizin səhv hesablanmasına və ya anlaşılmasına imkan vermir. NATO-nun təlimləri müdafiə xarakterli, şəffafdır və beynəlxalq öhdəliklərimizə uyğundur”. ifadəsini işlətdi.