İsrail 3 gündür Qəzzaya hücum edir: 15-i uşaq olmaqla 43 fələstinli həyatını itirib.
Bey.az Türkiyə mətbuatına istinadən xəbər verir ki Qəzzada humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar diplomatik gediş-gəliş sürətlənib. İsrail və İslami Cihad Hərəkatı Qəzzada atəşkəslə bağlı razılığa gəlib. Türkiyə vaxtı ilə saat 20:00-da qüvvəyə minməsi gözlənilən atəşkəsin başlaması ilə bağlı tərəflər hələlik rəsmi açıqlama verməyib.
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 15-i uşaq olmaqla 43 fələstinli həyatını itirib, 311-i yaralanıb.
3 gündür davam edən hücumlardan sonra İsrail və Fələstin tərəfinin atəşkəslə bağlı razılığa gəldiyi açıqlanıb.