fbpx

İsrailin hava hücumundan sonra Dəməşqdən bütün uçuşlar dayandırılıb

Rüya Yorumları burda

Suriya İsrailin hava hücumundan sonra Dəməşq Beynəlxalq Hava Limanında bütün uçuşları dayandırıb.

Hökumətyönlü əl-Vətən qəzeti hücum zamanı hava limanının uçuş-enmə zolağının zədələndiyini yazıb, lakin əlavə məlumat verməyib.

Müxalifət fəallarının bildirdiyinə görə, İranın dəstəklədiyi silahlı qruplaşmaların sıx şəkildə istifadə etdiyi və silah anbarlarına malik hava limanı paytaxt Dəməşqin cənubunda yerləşir.

İsrail uzun müddətdir ki, bölgəyə hava zərbələri endirir və mayın 21-də baş verən hücum nəticəsində hava limanı yaxınlığında yanğın baş verib və iki reys gecikib.

Digər tərəfdən “Sana” dövlət xəbər agentliyi isə Nəqliyyat Nazirliyinin bəzi texniki avadanlıqların nasazlığı səbəbindən uçuşların dayandırıldığı ilə bağlı açıqlama verdiyini bildirib. Hücumla bağlı heç bir açıqlama verilməyib.

Rüya tabirlerini burdan oku

Özəl hava yolu şirkəti Sham Wings, bütün uçuşlarını Dəməşqdən Hələbə yönləndirdiyini və bütün sərnişinlərin iki şəhər arasında avtobusla pulsuz daşınacağını açıqladı.

Londonda yerləşən Suriya İnsan Haqları İzləmə Təşkilatı cümə günü səhər saatlarında İsrailin hava limanında İranın dəstəklədiyi milislərə məxsus 3 silah anbarını vurduğunu, hücum zamanı şimal eniş-enmə zolağı və nəzarət qülləsinin zədələndiyini açıqlayıb. Təşkilat əlavə edib ki, keçən il baş verən hücumdan sonra cənub eniş-enmə zolağından istifadə edilməyib.

Bundan əvvəl dövlətin nəzarətində olan media Dəməşqin cənubundakı bəzi hərbi obyektlərə hücum edildiyini, bir nəfərin yaralandığını və maddi ziyanın dəydiyini bildirmişdi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu