Status Sözləri

Sevgiyə aid statuslar

  • Səni sevəni sevmək özünə vurğunluqdur. Səni sevməyəni sevmək, bax bu məhəbbətdir…
  • Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.
  • Əgər bir insan sənin üçün həqiqətən də dəyərlidirsə, o sənə nə qədər acı yaşatsa da, sən onu bağışlayacaqsan…
  • Heç bir şey yolunda getmir əslində, sadəcə mən görməməzliyə vururam.
  • Qəribədir insan, eyni zarafata dəfələrlə gülməz amma eyni acıya dəfələrlə ağlayar.
  • Hər kəsin istədiyi kimi biri olmaq üçün doğulmamışam.
  • Heç vaxt başqa insanlar üzülməsin deyə özünü üzmə. Unutma; Sən dözürsənsə, onlar da dözə bilər.
  • Könül almağı bacarmayana ömür əmanət edilməz..
  • Həyatdan dərs almağı bacaran insan xoşbəxtdir.
  • Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.
  • Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu.
  • Dünyadakı ən qəribə və üzücü şey; Bir vaxtlar bir-birinin hər şeyini bilən iki insanın tamamilə yadmış kimi davranmasıdır.
  • Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.
  • Məsafələr, sevməyi bacarmayanların bəhanəsidir…
  • Bəzən düşünmədən yaşamaq lazımdır, bəzən də yaşadıqlarını düşünməmək…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu