fbpx
Tarix

Tarixdə bu gün: 16 dekabr

 1773-cü ilin 16 dekabrında Amerika Birləşmiş Ştatlarındakı ingilis koloniyalarında London hakimiyyətinə qarşı üsyan baş verdi. “Boston çay qonaqlığı” adlanan hadisədə çay vergisinə etiraz edənlər Boston limanındakı 3 İngiltərə gəmisinə girərək çayları qutulardan dənizə tökdülər.

 16 dekabr 1920-ci ildə Çinin şimal-qərbindəki Qansu əyalətində 8,6 bal gücündəki zəlzələ və sonra yaranan torpaq sürüşmələri nəticəsində təxminən 200 min adam həyatdan köçdü.  

Bu gün Qazaxıstan dövləti və xalqının milli bayramıdır.

Keçmiş SSRİ-dən 1991-ci ildə ayrılan bu respublikanın istiqlaliyyəti dekabrın 16-da bəyan olub. 

16 dekabr 1998-ci ildə ABŞ və İngiltərə BMT silah nəzarətçilərinə icazə vermədiyi üçün İraqa qarşı “Çöl tülküsü” hərəkatını başlatdı. 4 gün davam edən əməliyyatda 500 qanadlı raket və 250 qırıcı ilə İraqın hərbi hədəfləri vuruldu.

BEY MEDIA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu