Tarixdə bu gün: 19 dekabr
1957-ci ilin 19 dekabr tarixindә NATO-nun Parisdә keçirilәn zirvә görüşündә SSRİ-nin artan tәhdidlәrinә qarşı ABŞ-a Avropa ölkәlәrinә nüvә raketlәrin yerlәşdirmәsinә icazә verildi. Bu qәrarla ABŞ başda Almaniya olmaqla Avropa ölkәlәrindә hәrbi baza qurmağa başladı.
1987-ci ilin 19 dekabr tarixindә Bolqarıstandan qaçaraq Türkiyәyә pәnah gәtirәn Naim Süleymanoğlu Beynәlxalq Ağır Atletika üzrә Turnirdә Türkiyәni tәmsil etdi. Süleymanoğlu turnirdә özünә aid olan dünya rekordlarını yenilәdi.
1992-ci ilin 19 dekabr tarixindә ABŞ-ın da aralarında olduğu 24 ölkә Somalidә artan toqquşmalara müdaxilә etmәk üçün ‘‘Ümid’’ adlı әmәliyyata start verib. Türkiyәnin ilk olaraq siyasi daha sonra isә hәrbi mәnada dәstәk verdiyi әmәliyyat nәticәsindә 17 ABŞ hәrbçisi hәlak olub, 77-si dә xәsarәt alıb. Әmәliyyat zamanı ABŞ-ın bir әsgәri dә girovluğa düşüb. Bu hadisәdәn sonra Amerika Birlәşmiş Ştatları prezidenti Klinton Amerika hәrbçilәrinin Somalidәn çıxacağını açıqladı.