fbpx

Tarixdә bu gün: 21 dekabr


1963-cü ilin 21 dekabr tarixindә silahlı rumlar Kıbrısda Türklәrә qarşı ‘‘Qanlı Milad’’ hücumuna başlayıb. Yanvarın 1-dәk davam edәn hücumlar nәticәsindә 364 Kıbrıs Türkü hәlak olub.

1988-ci ilin 21 dekabr tarixindә Londondan Nyu-Yorka uçan Amerikaya mәxsus sәrnişin tәyyarәsi  Şotlandiyanın Lokerbi qәsәbәsi yaxınlığında partlayıb. Hadisә nәticәsindә 270 sәrnişin hәlak olub. Uzun illәr davam edәn istintaq nәticәsindә tәyyarәyә bomba yerlәşdirildiyi  vә bu şәxsin Liviya kәşfiyyatının әmәkdaşı  olduğu bildirilib. Qәddafi rәhbәrliyi  bombanı tәyyarәyә yerlәşdirilәn şәxsi İngiltәrәyә tәslim edib. Qәddafi ölkәsinin terror hücumuna görә mәsuliyyәt daşıdığını qәbul etsә dә, özünün bu hadisә ilә bir әlaqәsinin olmadığını açıqlayıb. Liviya hökumәti hadisә nәticәsindә hәlak olanların ailәlәrinә milyardlarla tәzminat ödәyib.

2017-ci ilin 21 dekabr tarixindә Türkiyәnin tәşәbbüsü ilә hazırlanan vә ABŞ prezidenti Donald Trampın Qüdslә bağlı qәrarını hәdәf alan qәtnamә layihәsi BMT Baş Mәclisindә  ABŞ-ın bütün etirazlarına baxmayaraq  qәbul edilib. Sәsvermәdә 35 ölkә bitәrәf qalıb. BMT  bu  qәrar  ilә Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıyan qәrarının beynәlxalq hüquq normalarına zidd olduğunu bildirib.



BEY MEDIA

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin