ChatGPT söhbət botu ölkəmiz üçün əlçatan oldu
San-Fransiskoda yerləşən OpenAI özünün ən son məhsulu olan ChatGPT chatbotunu noyabrın 30-da pulsuz ictimai sınaqdan keçirmək üçün təqdim etdi.Çatbot istifadəçi göstərişlərinə əsaslanaraq insana bənzər söhbəti təqlid etmək üçün nəzərdə tutulmuş proqram təminatıdır.
Botun əsas üstünlüklərindən biridə, insanların bir sıra mövzularla bağlı suallarını cavablandırması, onlara müvafiq təlimatlar verə bilməsidir. Proqramda qeydiyyat yalnız Gmail hesabı ilə mümkündür və hər hesab üçün yalnız 5 ödənişsiz kredit verilir. Daha çox kredit üçün isə ödəniş etmək tələb olunur. 1 kredit 1 sual vermək hüququ verir. Botun cavabları bəzən standart olsada, bəzəndə qənaətbəxş ola bilir. Bu daha çox sualın dəqiqliyi və mövzusu ilə bağlıdır
Qeyd edək ki, tətbiqetməni hazırda ölkəmizdə də istifadə etmək mümkündür və “Play Market”dən ödənişsiz endirmək olar.