Xəbərlər

Əliyevlə Ərdoğan Füzuli aeroportunu bu tarixdə açacaqlar

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Füzuliyə səfər edəcəklər.

Bey.az“Habertürk”ə istinadən xəbər verir ki, Prezidentlər Şuşa şəhərinin azad olunmasının birinci ildönümündə Füzuli hava limanının açılışını edəcəklər.

Qeyd edək ki, oktyabrın 5-i Bakıdan uçan “AZAL”a məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək, işğaldan azad olunmuş Qarabağın ilk hava limanında, Füzuli beynəlxalq hava limanında eniş edib. Bununla yanaşı, elə həmin gün Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edir. Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu