Xəbərlər

Ərdoğan Özbəkistana getdi – FOTOLAR

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı ilə Özbəkistana rəsmi səfərə gedib.

BEY.AZ xəbər verir ki, Türkiyə Prezidenti və xanımını İslam Kərimov adına Beynəlxalq hava limanında Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev və xanımı qarşılayıb.

Özbəkistan və Türkiyə prezidentləri hava limanından Daşkənd yaxınlığındakı “Yeni Özbəkistan” parkına gediblər.

Rəcəb Tayyib Ərdoğan Şavkat Mirziyoyevlə birgə parkı gəzib, buradakı Müstəqillik abidəsinə əklil qoyub.

Türkiyə Prezidenti “Yeni Özbəkistan” parkına gələn ilk xarici ölkə lideridir.

Dövlət başçılarının rəsmi görüşü martın 30-na nəzərdə tutulub.









You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu