Xəbərlər

Ərdoğan və Bayden razılığa gəldi



Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Co Baydenin görüşü keçirilib.

bey.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası görüşdə müzakirə edilən məsələləri açıqlayıb.

Bildirilib ki, liderlər zirvəsində iki ölkə arasındakı əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün ortaq mexanizm qurulması barədə razılığa gəlinib.

Müsbət atmosferdə keçən görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Ərdoğan və Bayden Türkiyə-ABŞ əlaqələrini daha da gücləndirmək üçün müştərək iradə nümayiş etdirəcəklərini bəyan ediblər.

İkitərəfli ticarət həcminin artırılması istiqamətində ortaq perspektiv istiqamətində atılacaq addımların müzakirə edildiyi görüşdə NATO ittifaqı və strateji ortaqlıq mühiti xüsusi vurğulanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu