Xəbərlər

Ərdoğan:”Qarabağ müharibəsi informasiya savaşında həmrəyliyin əhəmiyyətini göstərdi”

BEY.AZ informasiya agentliyi xəbər verir


“İkinci Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtanlar bu məsələnin vacibliyini bir daha xatırlatdı və güc birləşməsinin bizim üçün nə qədər zəruri olduğunu göstərdi”

BEY.AZ xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısına videomüraciətində ifadə edib”

“Müharibə təkcə meydanda aparılmayıb, yazılı və vizual mediadan tutmuş sosial mediaya qədər bir çox sahələrdə 44 gün ərzində gərgin mübarizə aparılıb”, – deyə o qeyd edib.

Rəqəmsal faşizmin milyardlarla insanın dəqiq və qərəzsiz xəbər almaq hüququnu əngəlləyən təhlükəyə çevrildiyini qeyd edən Türkiyə Prezidenti xüsusən də nəzarət, yoxlama, qayda və etik dəyərlərin olmadığı sosial media kanallarının bütün cəmiyyətlər üçün ciddi risklər yaratdığını deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu