Xəbərlər

Ərini öldürən qadın: Narkotik çəkib, məni elə…

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Həyat yoldaşını öldürməkdə ittiham olunan Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BEY.AZ qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda S.Babayeva məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin qənaətinə görə, o hadisəni özünü müdafiə edərkən törədib. İstintaq orqanı S.Babayevaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham versə də, məhkəmə əməli 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəyə tövsif edib. Qadına 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib. S.Babayeva 8 aydır həbsdə olduğundan qalan müddət Zəfər günü ilə bağlı Amnistiya aktının təsir dairəsinə düşüb və o azadlığa buraxılıb.

Xatırladaq ki, hadisə bu ilin aprelində Lökbatan qəsəbəsində baş verib. Əri Sevdanı boğmağa çalışarkən qadın onu bıçaqla vurub. 1994-cü il təvəllüdlü Elvin Əsgərzadə ürəyinə dəyən bıçaq zərbəsindən ölüb.

26 yaşlı Sevda Babayeva məhkəmədəki ifadəsində deyib ki, evlilikdən öncə Elvinlə 7 il sevgili olublar: “Valideynlərimin narazılığına baxmayaraq onunla ailə qurdum. Amma evlənəndən sonra münasibət dəyişdi, tez-tez mübahisələr, davalar başladı. Ərim ailə ilə maraqlanmırdı, tez-tez məni döyüb təhqir edirdi. Kirayə qaldığımız evin pulunu ödəmirdi, ona görə hamilə olduğum dövrdə bizi evdən çıxardılar. Başqa evə köçdük, yenə eyni vəziyyət təkrarlandı. Məcbur qalıb, Lökbatanda atamın həyətində olan əlavə evə köçdük. Orada qalanda da uşağın yeməyini belə almırdı. Fəhlə işləyirdi, amma bilinmirdi ki, qazancı hara gedir. Buna görə nəsə deyəndə də döyülürdüm, söyülürdüm. Problemləri valideynlərimə bildirmirdim. Ailəmin dağılmasını istəmirdim. Öz seçimim idi deyə susurdum. Ərimin başqa qadınlarla münasibətlərinə görə də aramızda mübahisələr olurdu. Hamama girib telefonla danışırdı, soruşanda da deyirdi ki, yaxşı eləyirəm. Məni elə döyürdü ki, adam arasına çıxası halım olmurdu. Narkotikdən istifadə etməyə başlamışdı”.

Ekspertiza Babayevanın üzərində xəsarətlərin, o cümlədən boynunda boğulmaya xarakterik izlərin olması barədə rəy verib. Həmçinin meyitin müayinəsi zamanı ekspert onun hadisə günü narkotik maddə qəbul etdiyini müəyyən edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu