Xəbərlər

“​BirKart” sahibləri “PAŞA Sığorta”dan taksitlə kasko sığortası əldə edə bilərlər


Artıq “Kapital Bank”ın Bakı şəhərində olan filiallarında “PAŞA Sığorta”nın “Optimal KASKO” məhsulunu əldə etmək mümkündür.

Avtomobil sahibləri illik cəmi 250 AZN-dən başlayan sığorta haqqı ödəməklə nəqliyyat vasitələri üçün 2000 AZN məbləğində könüllü sığorta təminatı əldə edirlər.

BEY.AZ əlavə olaraq “BirKart” sahibləri məhsulun dəyərini 6 ay ərzində, əlavə komissiya və faiz olmadan, bərabər hissələrlə ödəyə bilərlər. Belə ki, 250 AZN dəyərində olan “Optimal KASKO” məhsulunu seçdikdə aylıq ödəniş cəmi 42 AZN təşkil edəcək.

“Optimal KASKO” avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi hadisələrə təminat verir. Həmçinin, avtomobilin istehsal ilindən asılı olaraq rəsmi təmir servisi təminatı ilə sığorta məhsulunun qiyməti illik cəmi 300 AZN təşkil edir.

Qeyd edək ki, “BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz.

“BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu