Xəbərlər

​Qoxu və ya dad itkisi COVID-19-un erkən simptomu hesab edilirmi?


“Koronavirus pandemiyasının ən sərt dövründə yoluxmuş insanların əksəriyyətində dadbilmə və iybilmə hissinin azalması müşahidə olunurdu. Hazırda COVID-19-a yoluxmuş şəxslərdə bu şikayətlərə az-az rast gəlinir”.

BEY.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa deyib. Onun sözlərinə görə, buna səbəb koronavirusa qarşı insan bədəninin müqavimətinin artmasıdır:

“Eyni zamanda, COVID-19-un virus yükü dəyişib. Dad və qoxu hissi bir-biri ilə sıx bağlıdır. Qoxunun itməsinin dad hissinə çox təsir etdiyini demək olar. Adətən dad hissinin itirilməsi şikayətinin 95%-i qoxu hissinin azalması ilə bağlıdır. İndi yoluxma zamanı daha çox baş və əzələ ağrıları müşahidə olunur. Dadbilmə hissinin itməsi daha tez bərpa olunur, nəinki iybilmə. Dadbilmə hissinin pozuntusu tez başlayır və 2-3 günə bərpa olunur. Amma iybilmə pozuntusunun bərpası daha çox vaxt aparır. Bəzi xəstələr var ki, onlarda qoxu itməsi bir həftəyə bərpa olunur, bəzilərində isə bu prosses aylarla davam edir.

Unutmamalıyıq ki, koronavirus yeni bir xəstəlikdir. Dadbilmə və iybilmə funksiyasının pozuntularının ciddi şəkildə görüldüyü və bərpasının hətta 1 ildən çox çəkdiyi xəstələrimiz var. Bu səbəbdən yoluxmamaq daha gözəl müalicə üsulu hesab edilir. Zamanında peyvənd olunmaq və COVID-19-a qarşı immunitet qazanmaq ən doğru seçimdir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu