Xəbərlər

20 manatlıq əskinasın dizaynı yenilənir



Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasın yenilənməsini həyata keçirib.

bey.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

Bildirilib ki, yenilənmiş əskinasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.

“Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən, Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu