Xəbərlər

2021-ci il Azərbaycanın siyasi həyatında baş verənlərə BAXIŞ

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov ölkənin 2021-ci il siyasi uğurları barədə müsahibə verib.

BEY.AZ həmin özəl müsahibəni təqdim edir:

– İlyas bəy, Azərbaycan siyasi arenası üçün 2021-ci ili necə qiymətləndirirsiniz?

 Ermənistanda millətçilik meyilləri qanqren kimi erməniləri daxildən aşındırır -

“2021-ci il Azərbaycanın daxili və xarici siyasəti üçün çox uğurlu il olmuşdur. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra yeni geosiyasi reallıqların dünya ictimaiyyətinə ikitərəfli və çoxtərəfli səviyyədə davamlı olaraq qeyd olunması ölkəmizin beynəlxalq mövqelərini də gücləndirən amil kimi dəyərləndirilə bilər. Digər tərəfdən cari ilin 11 yanvarında Moskvada Üçtərəfli görüş keçirilmişdir və bu görüş nəticəsində İşçi qrupu formalaşdırılmışdır ki, onun da əsas vəzifəsi regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması və iqtisadi prioritetlərin müəyyənləşdirilməsidir. Yola salacağımız ildə İşçi qrupu çoxsaylı görüşləri keçirmişdir. Gələn ilin əvvəlində İşçi qrupunun ötən dövr ərzində bir illiyi qeyd olunacaq.Onu da qeyd edək ki, digər tərəfdən üçtərəfli müstəvidə Soçi və Brüssel görüşləri ilin əsas əlamətdar hadisələri kimi yadda qaldı. İlin sonunda Sankt Peterburqda MDB dövlət başçılarının Zirvə görüşü çərçivəsində də yeni görüşün keçirilməsi və il ərzində əldə olunan nəticələrin müzakirəsi gözlənilir.”.

– 2021-ci il uzun müddətdən sonra Azərbaycan- Ermənistan prezidentlərinin görüşü ilə də yadda qaldı. Qarşılıqlı müzakirələr regionda hansı yeniliklərin təməlini qoyacaqdır?

“Qeyd etmək istəyirəm ki, 2021-ci ilin sonlarına yaxın Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş görüş böyük diqqət çəkmişdir Bu görüş əsnasında həm də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev arasında təkbətək görüş həyata keçirildi. Bu müzakirələrin mühüm üstünlüyü bundan ibarətdir ki, ikitərəfli təmaslar vasitəsilə regionda olan problemlərin həlli formatı müəyyənləşir. Digər tərəfdən sərhədlərin delimitasiyası istiqamətində, Rusiyanın Avropa ittifaqının mövqeyi bundan ibarətdir ki, tərəflər sərhədlərin nişanlanmasını və müəyyənləşdirilməsi prosesində iştirak etməlidirlər. Kənar moderatorlar isə burada yalnız məsləhətçi qismində öz yardımlarını göstərə bilərlər. Vurğulamaq istəyirəm ki, Zəngəzur dəhlizi istiqamətində də regional platforma hesab olunan “3+3” formatında Moskvada ilk iclası keçirilmişdir. Bu Rusiyanın marağında olan görüşlərdən idi. Baxmayaraq, ki, Gürcüstan bu formatdan imtina edir amma ehtimal olunur ki, Gürcüstan da bu formata qoşulsun. Çünki əsas siyasi gündəlikdə duran məsələ Fars körfəzi ilə Qara dəniz arasında əlaqənin müəyyənləşməsidir. Burada Azərbaycanın geostrateji imkanları da genişlənir”.

İlyas bəy, bildiyiniz kimi 2021-ci il Azərbaycan-İran münasibətləri də bir qədər enişli-çıxışlı oldu. Hal-hazırda mövcud durumu necə qiymətləndirirsiniz?

2021-ci il ərzində Azərbaycan hümanitar əsasda olan problemlərin həll olunması istiqamətində də öz həqiqətlərini geniş auditoriyaya çatdırmışdır.

Bu xüsusda ərazilərinin minalardan təmizlənməsi və Birinci Qarabağ müharibəsinin yekunları kimi itkin düşmüş şəxslərin aqibəti müəyyənləşdirilməsi mühüm xüsus hesab olunur. 2021-ci il həm də İranla olan gərginlik fonunda tərəflər bir sıra təşəbbüslər həyata keçirdilər. Aşqabadda keçirilmiş görüş çərçivəsində Türkmənistan İran və Azərbaycan sazişi Türkmənistan qazının İran vasitəsilə nəqlinə və Azərbaycan tərəfinə çatdırılmasına yönəlib. Bu çox önəmli geosiyasi prosesləri özündə əks etdirir və İranla olan problemləri də minimallaşdırmağa xidmət edir. İranla Azərbaycan arasında olan münasibətlərin normal məcraya yönəldilməsi həm də onu göstərir ki, Azərbaycan İran üçün çox önəmli geosiyasi aktır və Cənubi Qafqazda böyük gücə eləcə də potensiala malikdir. Azərbaycan da İranla olan münasibətlərini mehriban qonşuluq siyasəti çərçivəsində nəzərdən keçirir”.

– Bildiyiniz kimi, yola saldığımız il, NATO-Azərbaycan münasibətlərində də bir çox uğurlara imza atıldı. Bununla yanaşı, Xəzər dənizinin geosiyasi əhəmiyyəti də artmışdır. Bütövükdə 2021-ci ili Azərbaycanın siyasi həyatı üçün məhsuldar adlandırmaq olarmı?

“Qeyd etdiyiniz kimi, 2021-ci ildə çoxtərəfli müstəvidə və NATO kontekstində Azərbaycanın bir sıra uğurları olmuşdur. Xüsusilə burada təhlükəsizlik arxitekturasının gücləndirilməsi, Azərbaycanın silahlı qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması, eləcə də qətiyyətli dəstək missiyasında Əfqanıstanda olan şəxslərin təxliyyəsi işində Azərbaycanlı əsgər və zabitlər böyük fədakarlığına diqqət yönəltməkdə fayda var. Elə NATO kontingenti də bu fəaliyyəti yüksək səviyyədə təqdir etmişdir. Bununla yanaşı, 2020-ci ilinsonlarında uğurla istifadəyə verilmiş Cənub Qaz Dəhlizinin sonuncu seqmentininicraata buraxılması da Azərbaycanla Avropa ittifaqı arasında olan enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, iki min iyirmi birinci il qaz qiymətlərinə olan böyük asılılıq və qaza olan tələbatla da yadda qaldı. Bu Azərbaycanın karbohidrogen ehtiyatlarına olan ehtiyacı bir qədər də gücləndirir. Eyni zamanda Rusiyanın neft və qaz sahəsində olan monopoliyasının Qərb üçün yeni enerji strategiyasında azaldılması planları, Xəzərin də geosiyasi əhəmiyyətini artırdı. Bu xüsusda “Dostluq yatağı” üzrə 2021-ci ilin əvvəlində hasilatın pay bölgüsü və onun nəqli perspektivlərinin araşdırılması istiqamətində imzalanan mühüm hökumətlərarası saziş məhz elə Cənub Qaz Dəhlizinə gələcəkdə Türkmənistanın da qoşulması prioritetlərini müəyyənləşdirib.


Bütövlükdə Azərbaycan çox uğurlu şəkildə üçtərəfli formatlarda istifadə edir. Biz bu xüsusda Pakistan– Azərbaycan-Türkiyə, Türkmənistan-Azərbaycan-Türkiyə, Rusiya-Azərbaycan – İran, Azərbaycan-Rusiya-Türkiyə və digər geosiyasi üçbucaqları qeyd edə bilərik. Son dövrlər Türkiyə və İsrail arasında olan münasibətlərdə istiləşmə müşahidə olunur. Azərbaycan bu sahədə də öz vasitəçilik imkanlarını genişləndirə bilər. Ermənistan və Türkiyə arasında olan münasibətlərdə gözlənilir ki, 2021-ci ildən sonra bu iki dövlət daha da yaxınlaşacaq və ümumilikdə bu proseslər Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının güclənməsinə və xalqlarının rifahına xidmət edəcək. Ümid edirik ki, 2022-ci ildə ölkəmiz və region üçün müharibədən uzaq sülh şəraitində əmin-amanlıq şəraitində keçəcək və iqtisadi inkişaf dinamikası daha da güclənəcək”.

Gülbəniz Hüseynli / BEY.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu