Xəbərlər

500 manatlıq xatirə pul nişanları dövriyyəyə buraxıldı



Zəfərin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarının Mərkəzi Bankda təqdimat mərasimi keçirilib.

bey.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Zəfər tarixini əbədiləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı 500 manat nominallı “ZƏFƏR” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə monetasının, eləcə də, düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Şuşa” şəhərinə, “Cəbrayıl”, “Qubadlı”, “Ağdam”, “Zəngilan”, “Füzuli”, “Laçın”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılmasını elan edir.

Qeyd olunub ki, xatirə banknotu üzərində əsas dizayn elementləri kimi Azərbaycan Respublikası Prezidentinin “Qarabağ Azərbaycandır!” ifadəsi, ölkəmizin tarixi-mədəni irs nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsi, qədim memarlıq nümunəsi olan Xudafərin körpüsünün, Əsgəran qalasının təsvirləri, eləcə də, “8 Noyabr Zəfər Günü” sözləri, qələbəmizin simvoluna çevrilmiş Xarıbülbül, şəhid və qazi qanının təcəssümü olan qırmızı lalələr, yenilməz Azərbaycan əsgərləri, üçrəngli bayrağımızın təsvirləri əks olunub.





















You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu