Xəbərlər

Ağdaşda iki şəxsə qarşı quldurluq edənlər saxlanılıb


Ağdaşda kişi döyülüb, qadın hədələnib.

BEY.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinə Aşağı Ləki kəndi ərazisində 3 nəfərin kənd sakini S.Soltanovu döyərək 1800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri – F.Nəbiyev, T.Qasımov və Z.Mirhəsənov müəyyən edilərək saxlanılıblar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə F.Nəbiyev və Z.Mirhəsənovun noyabrın 21-də kənd sakini olan bir qadını hədələyərək 1 000 manat pul tələb etmələri də müəyyən edilib.

Araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu