Xəbərlər

Aİ səfiri İlham Əliyevlə Paşinyanın görüşündən danışdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Avropa İttifaqı Azərbaycan üçün etibarlı tərəfdaşdır”.

BEY.AZ xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko bildirib.

“Ötən il Aİ və Azərbaycan arasındakı tərəfdaşlığın möhkəmləndiyini bir çox hallarda görə bildik. Biz əməkdaşlığımızı daha yüksək səviyyəyə və keyfiyyətə, yeni mərhələyə çatdıracaq yeni əhatəli ikitərəfli saziş üzərində işləyirik.

Fəxr edirik ki, Azərbaycan ixracının yarıdan çoxunun Aİ bazarına getməsi ilə Aİ ölkənin ən böyük kommersiya tərəfdaşıdır. Aİ birbaşa xarici investiyaların ən böyük mənbəyidir. Aİ-yə üzv ölkələrdən xeyli sayda şirkət Azərbaycanda fəaliyyət göstərir”, – deyə Peter Mixalko qeyd edib.

O vurğulayıb ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin səyləri regionda sülh prosesinə töhfə verir:

“Bu səylər Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşlər vasitəsilə irəliləyir. Aİ Cənubi Qafqazda sülh, təhlükəsizlik və firavanlığın olması üçün qoyulan hədəfinə doğru irəliləməyə davam edəcək”.

Səfir əlavə edib ki, Aİ minalardan təmizləmə işlərini də dəstəkləyir:

“Biz Azərbaycan hakimiyyətinin yenidənqurma səylərini və hazırlanmış layihələri dəstəkləməyə hazır olacağıq”.

Mixalko qeyd edib ki, tərəflər enerji, yaşıl enerji, nəqliyyat və digər sahələr daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu
//zikroarg.com/4/5013541