Xəbərlər

Almaniyadan 38 Azərbaycan vətəndaşı geri qəbul edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Bu barədə BEY.AZ-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu
//zikroarg.com/4/5013541